“İlkin məlumatlara görə, dağıntı və ölən yoxdur. İrəvanın Erebuni ərazisində bir evə ziyan dəyib, bir vətəndaş yüngül xəsarət alıb".
Teleqraf.com xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan Ermənistanda bu gün qeydə alınan zəlzələnin nəticələri haqqında özünün Feysbuk hesabında yazıb.
O qeyd edib ki, ilkin məlumata görə, zəlzələ nəticəsində bir evə ziyan dəyib və bir vətəndaş yüngül xəsarət alıb.
Baş nazir əlavə edib ki, ilkin informasiyaya görə, zəlzələnin episentri Armavir bölgəsinin Parakar kəndi yaxınlığında olub.
Qeyd edək ki, bu gün Ermənistanda zəlzələ qeydə alınıb və Azərbaycanın Naxçıvan bölgəsində zəlzə hiss edilib.