Qarabağdakı 44 günlük müharibədə Azərbaycan ordusunun pilotsuz uçan aparatlarından (PUA) ağır zərbələr alan Ermənistan yeni qərar verib.

Teleqraf.com xəbər verir ki, Ermənistan yerli PUA texnologiyasını inkişaf etdirmək üçün hərəkətə keçib.

Ermənistanda fəaliyyət göstərən Qabaqcıl Texnologiya Müəssisələri Birliyi tərəfindən hazırlanan təlim proqramı çərçivəsində məktəb yaşındakı uşaqlar üçün dron dizaynı və istifadəsi ilə bağlı təlimlər vermək üçün atelyelərin qurulması qərara alınıb.

Proqram çərçivəsində ölkədə 65 atelyenin qurulması planlaşdırılır. Bu atelyelerdə dron mütəxəssislərinin yetişdirilməsi gözlənilir.
Layihənin rəhbəri Sedrak Vardanyan Ermənistanın müasir hərbi-texniki yeniliklərdən arxada qaldığını bildirib: “Qarabağdakı müharibə texnoloji olaraq geri qaldığımızı göstərdi”.