BAKI, 15 iyul. TELEQRAF
Sabah Sabirabadın bəzi hissələrində qaz təchizatı dayandırılacaq.
Bu barədə Teleqraf-a Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək Sabirabad şəhərinin bir neçə küçəsinin və rayonun Əsgərbəyli, Qasımbəyli, Muradbəyli, Qalaqayın, Yuxarı Axtaçı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.