BAKI, 15 iyul. TELEQRAF
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın neft və qazın ixracından əldə etdiyi gəlirlər məlum olub.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, birinci yarımildə Azərbaycan 12 milyard 430 milyon 833 min kubmetr həcmində təbii qaz ixrac edib və bu ixracın dəyəri 4 milyard 105 milyon 156.48 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi ötən ilə müqayisədə 0,53% artıb, dəyəri isə 9,61% azalıb. Azərbaycanın ümumi ixracında təbii qazın payı 25,15% olub.
İxrac edilən neftin həcminə gəlincə, ilin ilk altı ayında 6 milyard 231 milyon 422.24 min dollar dəyərində 10 milyard 125 milyon 467.17 min ton xam neft və xam neft məhsulları ixrac edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən neftin həcmi 15,94%, dəyəri isə 2,78% azdır.
Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 38.18% olub.