BAKI, 15 iyul. TELEQRAF

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan 14 milyon 368.04 min ABŞ dolları dəyərində 271 milyon 213.75 min kilovat-saat elektrik enerjisi ixrac edilib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrünə nisbətən ixrac edilən elektrik enerjisinin dəyəri 62,74%, həcmi isə 60,11% azalıb.

Azərbaycanın qeyri-neft məhsullarının ixracında elektrik enerjisinin payı 0.26% təşkil edib.