XANKƏNDİ, 30 may. TELEQRAF

"Xankəndi-1" işğaldan azad edilən ərazilərdə tikilən ilk qapalı tipli yarımstansiyadır. Hazırda onun son tamamlanma işləri həyata keçirilir.

Teleqraf xəbər verir ki, bunu “Azərenerji” ASC prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar Əliyev Xankəndidə "Enerji təminatı məsələləri" üzrə İşçi Qrupunun iclasında deyib.

O bildirib ki, icra olunmuş işlər nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları cənub istiqamətində 110 kV-luq "Şükürbəyli", şərq istiqamətində 330 kV-luq "Ağcabədi" və "İmişli", şimaldan isə 110 kV-luq "Gəncə" yarımstansiyalarından olmaqla, ümumilikdə 4 fərqli nöqtədən ölkə enerjisisteminə qoşulub.

"Dayanıqlı elektrik enerjisi təchizatı təmin edilib. Regiondakı SES-lərdə istehsal edilən elektrik enerjisinin maya dəyəri Respublikanın digər ərazilərindəki SES-lərlə müqayisədə 3-5 dəfə azdır", - V.Əliyev bildirib.