BAKI, 26 sentyabr. TELEQRAF
Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.
Teleqraf xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2.48 ABŞ dolları və ya 2.01% azalaraq bir barel üçün 125.94 ABŞ dollarına çatıb.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.