BAKI, 10 fevral.TELEQRAF

"Elliott Investment Management" BP-də səhmlər əldə edib. Razılaşmanın tələblərindən biri isə BP-də struktur dəyişikliyinin aparılmasıdır.

Teleqraf "The Wall Street Journal"-a istinadən xəbər verir ki, investisiya şirkəti 70 milyard dollar aktivləri idarə edən "Elliott" BP-ni əsaslı addımlar atmağa və zəif performansını yaxşılaşdırmağa dəvət edib. BP son illərdə ənənəvi enerji növlərindən - neft və qazdan daha çox yaşıl enerji sahələrinə yönəlib.

Amma şirkətin səhmləri "Shell" və "Exxon Mobil"in səhmlərindən ucuzdur.

"Elliott" BP-nin yüksək borc və zəif fəaliyyətini nəzərə alaraq, şirkətin daxili strukturlarını təhlil edəcək və səhmdarların gəlirlərini artırmağa çalışacaq. BP, xərcləri azaltmaq və işçi sayının azaldılması yönündə tədbirlər görsə də, investorların narazılığı davam edir.

Qeyd edək ki, BP Azərbaycanda iri neft-qaz layihələrində əsas iştirakçıdır.