![](https://teleqraf.az/storage/2017/12/27/715x378/elektrik-xetleri-1.jpg)
BAKI, 8 fevral. TELEQRAF
2024-cü ildə Gürcüstan Azərbaycana 43,24 milyon kilovat-saat elektrik enerjisi ixrac edib.
Teleqraf Gürcüstanın elektrik enerjisi bazarının operatoruna istinadən xəbər verir ki, qonşu ölkənin enerji ixracında Azərbaycan Ermənistandan sonra ikinci sırada yer alıb.
Hesabat dövründə Gürcüstan Ermənistana 137,43 milyon kilovat-saat elektrik enerjisi ixrac edib.
İdxala gəlincə, 2024-cü ildə Gürcüstan 2023-cü illə müqayisədə demək olar ki, 55,4% çox elektrik enerjisi idxal edib.
İdxalın 15 faizi Azərbaycanın payına düşüb. Qonşu ölkə Azərbaycandan 185,97 milyon kilovat-saat elektrik enerjisi alıb.