BAKI, 7 fevral. TELEQRAF

“2017-ci il ilə müqayisədə "Azərişıq" ASC-nin "ASAN Xidmət" mərkəzlərində 8 il ərzində vətəndaşlara göstərilən xidmətlərin sayı 8-dən 18-ə çatdırılıb.

Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Asan Xidmətlə İş və Elektron xidmətlər Departamentinin direktor müavini İnam Yusifov deyib.

O qeyd edib ki, əvvəl 7 prosedurla aparılan müraciətlər bu gün sadəcə 2 prosedurla yekunlaşır. Nəticədə şəbəkəyə qoşulma prosesləri 41 gündən 20 günə endirilib.

Hazırda “Azərişıq” ASC-nin 15 elektron xidməti mövcuddur və bu xidmətlər vasitəsi ilə vətəndaşlar prosedurları onlayn şəkildə idarə edə bilirlər. Ötən il sahibkarlıq subyektlərinin 53.4%-i elektron şəkildə müraciət edib”.