![](https://teleqraf.az/storage/2025/02/07/715x378/whatsapp_image_2025-02-07_at_03.37.00ff.jpg)
BAKI, 7 fevral. TELEQRAF
“Azərişıq” ASC tərəfindən son 10 il ərzində ölkə üzrə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri çərçivəsində 20 min km uzunluğunda müxtəlif gərginlikli müasir elektrik veriliş xətləri çəkilib.
Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə "Azərişıq” ASC sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov deyib.
O qeyd edib ki, 30 min km-ə yaxın mövcud elektrik veriliş xətləri yenisi ilə əvəz olunub, 40 ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luq yarımstansiya inşa edilib, 7 min ədəd yeni transformator məntəqəsi quraşdırılıb.
“Həmçinin 700 min köhnə sayğac müasir ölçü cihazları ilə əvəz olunub. Son 10 ildə abonentlərin sayı 2 milyon 359 mindən 2 milyon 993 minə, quraşdırılan smart sayğacların sayı 386 mindən 1 milyon 120 minə yüksəlib. “Azərişıq” ASC-nin həyata keçirdiyi uğurlu strategiyanın nəticəsində şəbəkənin qoyuluş gücündə də əvvəlki illərlə nisbətdə xeyli artım müşahidə olunub. Təkcə ötən 1 ildə bu rəqəm 14 min 400 MVA-dan 14 min 900 MVA-a yüksəlib”.