BAKI, 9 iyun. TELEQRAF
2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin buraxılış siniflərini ümumilikdə 87 519 şagird bitirir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq BŞTİ-dən məlumat verilib.
Məlumata əsasən, cari tədris ilində paytaxt məktəblərinin IX siniflərini 50 219, XI siniflərini 37 222, əyani-qiyabi tam orta məktəb və qiyabi siniflər daxil olmaqla XII siniflərini isə 78 şagird başa vurur.
Bundan başqa, Bakıdakı ümumi təhsil müəssisələrində 41 941 nəfər birinci sinfi, məktəbəhazırlıq qruplarını isə 21 384 uşaq bitirib.
İdarədən bildirilib ki, hazırda BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 371 ümumi təhsil müəssisəsində ümumilikdə 530 988 şagird təhsil alır. Paytaxt məktəblərində uşaqların təlim-tərbiyəsi ilə 32 052 müəllim məşğul olur.