BAKI, 25 may. TELEQRAF

Ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin II cəhdi üzrə tarixlər açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Məlumata əsasən, II və III ixtisas qrupları üzrə qəbul imtahanı iyulun 5-də təşkil olunacaq. I və IV ixtisas qrupları, eləcə də Coğrafiya fənni üzrə əlavə imtahan vermək istəyən abituriyentlər üçün imtahan günü isə iyulun 12-si kimi müəyyənləşib.

İkinci cəhd imtahanlarında iştirak etmək istəyən namizədlər üçün elektron qeydiyyat prosesi iyunun 1-i saat 14:00-da start götürəcək və iyunun 8-i saat 23:59-dək davam edəcək.