BAKI, 20 may. TELEQRAF
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi keçirilir.
Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 3 iyun 2026-cı il, saat 17:00-dək [email protected] elektron poçtu vasitəsi ilə həyata keçiriləcək.
Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan və şərtlər toplusu vasitəsilə tanış ola bilərsiniz: