BAKI, 1 sentyabr. TELEQRAF

2025/2026-cı tədris ilinin başlamasına təsadüf edən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bütün təhsil müəssisələrində tədris sentyabrın 15-də başlayacaq.

Qeyd edilib ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı "Formula 1" Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.

"Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur", - məlumatda vurğulanıb.