BAKI, 25 iyul. TELEQRAF
Azərbaycanın ali təhsil müəssisələrində təhsil haqlarının artırılması hazırda gündəmdə deyil.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, universitetlərdə təhsil haqqı Nazirlər Kabinetinin müvafiq qərarı əsasında təsdiqlənir.