BAKI, 23 dekabr. TELEQRAF

Şahmat üzrə 13-cü dünya çempionu Qarri Kasparov barədə Rusiyada qiyabi həbs qərarı çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Moskvanın Zamoskvoretski Məhkəməsi 62 yaşlı qrossmeyster barədə terrora açıq çağırışlar ittihamı ilə hökm çıxarıb.

Qeyd edək ki, Qarri Kasparov barəsində Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci bəndi (köməkçi vasitələrdən və ya internetdən istifadə edərək terror fəaliyyətinə açıq çağırışlar, terrorizmin açıq şəkildə dəstəklənilməsi və ya terrorizmin təbliği) ilə iş açılıb. Bu ittiham beş ildən yeddi ilə qədər həbs cəzası nəzərdə tutur.

Erməni əsilli şahmatçı 1963-cü ildə Bakıda anadan olub.