BAKI, 14 oktyabr. TELEQRAF
Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalararası Avropa çempionatı davam edir.
Teleqraf xəbər verir ki, kişilərdən ibarət Azərbaycan yığması (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli) son turda Serbiya ilə qarşılaşıb.
Görüş millinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Yığma çempionatı 13 xalla ikinci pillədə bitirib. Ukrayna şahmatçıları qızıl, serblər isə bürünc qazanıb.