BAKI, 20 sentyabr. TELEQRAF
Gürcüstanın Batumi şəhərində yeniyetmə stolüstü tennisçilərin "WTT Youth Contender" turniri davam edir.
Teleqraf xəbər verir ki, Azərbaycanın seçmə komandasının üzvləri yarışın ilk günlərində iki medal qazanıblar.
Mehin Mirzəbalayeva ilə Vaqif Babayev U 13 kateqoriyasında üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, beynəlxalq yarışa sentyabrın 21-də yekun vurulacaq.