BAKI, 12 iyul. TELEQRAF

Basketbol üzrə Azərbaycanın oğlanlardan ibarət U-16 yığması Avropa çempionatı C divizionunda növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, Azərbaycan millisi 5-9-cu yerlər uğrunda qrup mərhələsinin 3-cü oyununda Malta ilə qarşılaşıb.

Görüş seçmə komandamızın 77:46 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan basketbolçuları sabah Moldova ilə qarşılaşacaq. Həmin görüşdə qalib gələn komanda 5-ci yerə sahib çııxacaq.