
Həlak olan rusiyalı jurnalistin Ukrayna ərazisində fəaliyyətinə icazə verilməyib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Ukraynanın Təhlükəsizlik xidmətinin mətbuat katibi Marina Ostapenko məlumat verib.
“Kornelyuk Ukrayna ərazisinə daxil olarkən, jurnalist fəaliyyəti ilə məşğul olacağı barədə heç bir rəsmi quruma xəbər verməyib və icazə almayıb. Bu səbəbdən də jurnalistin ölkə ərazisində fəaliyyəti qanunla tənzimlənməyib. O, ölkə ərazisində olduğu müddətdə Ukrayna hökuməti ona görə məsuliyyət daşımayıb”, - deyə, Ostapenko bildirib.
Xatırladaq ki, Rusiya Dövlət Televiziyasının 37 yaşlı əməkdaşı İqor Kornelyuk iyun ayının 17-də Ukraynanın Luqansk regionunda gedən döyüşlər zamanı aldığı güllə yaralarından dünyasını dəyişib.