Misirin yeni seçilmiş prezidenti Abdul-Fəttah as-Sisi inaqurasiya zamanı seksual təcavüzə məruz qalan qadınlardan birindən üzr istəyib.

As-Sisi zərərçəkmiş qadına xəstəxanada ziyarət edib və ona qırmızı qızılgül dəstəsi verib.

"Mən sizə və bütün Misir qadınlara onu deməyə gəlmişəm ki, baş verənlərdən çox təəssüflənirəm. Mən hər bir misirli qadının qarşısında üzr istəyirəm." - deyə prezident bildirib.

Qeyd edək ki, Sisinin 8 iyunda baş tutan inaqurasiyası zamanı bir neçə qadın Qahirənin mərkəzi meydanı Tahrirdə seksual zorakılığa məruz qalıb./anspress/