BAKI, 26 may. TELEQRAF

ABŞ hərbçiləri İranın cənubuna endirilən zərbələrə baxmayaraq, Tehranla atəşkəs rejiminin qüvvədə qaldığını bəyan ediblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat yayıb.

“Hazırda qüvvədə olan atəşkəs rejimi çərçivəsində qarşısının alınması məqsədilə Mərkəzi Komandanlıq qüvvələrimizin müdafiəsini təmin etməyə davam edir”, - ABŞ hərbçilərinin açıqlamasında bildirilib.

Qeyd edək ki, daha əvvəl CENTCOM ABŞ ordusunun İranın cənubundakı hədəflərə zərbələr endirdiyini təsdiqləmişdi.