BAKI, 26 may. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın işğalı altındakı Donetsk vilayətinə hücumları nəticəsində ikisi uşaq olmaqla yeddi nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə vilayətin faktiki rəhbəri Denis Puşilin bildirib.
"Kiyevin hücumu nəticəsində bu gün ikisi uşaq olmaqla yeddi nəfər həlak olub, dördü uşaq olmaqla daha 15 nəfər yaralanıb".