BAKI, 26 may. TELEQRAF
ABŞ-nin dövlət katibi Marko Rubio Ermənistana səfər edib.
Teleqraf Ermənistan KİV-inə istinadən xəbər verir ki, bir qədər əvvəl onun təyyarəsi "Zvartnots" beynəlxalq hava limanına enib.
ABŞ-nin xarici siyasət idarəsinin rəhbərini hava limanında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qarşılayıb.
Hazırda nazirlər arasında görüş keçirilir. Görüşün yekununda ikitərəfli sənədlərin imzalanması gözlənilir.