BAKI, 25 may. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian ölkədə internet məhdudiyyətlərinin aradan qaldırılmasına dair əmr verib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi İslam Respublikasının Rabitə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Prezident internetə çıxışı əvvəlki vəziyyətinə qaytarmaq üçün bir müddət əvvəl Rabitə Nazirliyinə əmr verib.

Beynəlxalq monitorinq xidməti NetBlocks-un məlumatına görə, İranda internetə çıxış 86 gündən çoxdur ki, faktiki olaraq yoxdur.