Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı Rusiya Silahlı Qüvvələrinin Kiyevdə Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən obyektlərə sistematik zərbələr endirdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur.

"Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə Sergey Lavrov Amerika tərəfinə rəsmi olaraq məlumat verib ki, Kiyev rejiminin Rusiya ərazisində mülki şəxslərə və obyektlərə qarşı davam edən terror hücumlarına cavab olaraq, Rusiya Kiyevdə yerləşən və Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə edilən obyektlərə, eləcə də müvafiq qərarların qəbul edildiyi mərkəzlərə sistemli və ardıcıl zərbələr endirir", - deyə nazirlik bildirib.

Lavrov həmçinin Rusiya Xarici İşlər Nazirliyinin 25 may tarixli açıqlamasına da diqqət çəkib. Həmin açıqlamada Kiyevdə nümayəndəlikləri olan dövlətlərə vətəndaşlarının Ukrayna paytaxtından təxliyəsini təmin etmək tövsiyə olunub.

Söhbət zamanı nazir ABŞ-ın təklifi ilə 2025-ci ilin avqust ayında Ankoricdə Ukrayna münaqişəsi ilə bağlı ən yüksək səviyyədə əldə edilən razılaşmaları xatırladıb .