BAKI, 26 may. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində səfərdə olan Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı sosial mediada məlumat verib.

Volodimir Zelenski görüşdə deyib:

“Hamımız Belarus xalqının Rusiyanın təcavüzündən qurtulmaq istəyini dəstəkləyirik. Rusiya indi Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etməyə çalışır. Biz belarusların azad Ukraynaya verdiyi hər bir dəstəyi yüksək qiymətləndiririk. Əlbəttə, həm Ukraynanın, həm də Belarusun Moskvadan real müstəqilliyinə əsaslanan mehriban qonşuluq münasibətlərinin yenidən qurulacağı gün gələcək”.

Prezident həmçinin vurğulayıb ki, Ukrayna heç vaxt Belarus üçün təhlükə olmayıb.