BAKI, 26 may. TELEQRAF
Ukraynanın Korrupsiyaya qarşı Mübarizə Prokurorluğu müxalif “Batkivşina” partiyasının sədri Yuliya Timoşenkoya qarşı cinayət işini məhkəməyə göndərib.
Teleqraf xəbər verir ki, bu barədə sözügedən qurum məlumat yayıb.
Açıqlamada bildirilib ki, Y.Timoşenko Ukrayna parlamentinin üzvlərinə rüşvət verməkdə ittiham olunub.
Xatırladaq ki, yanvarda Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanları parlament üzvlərinə rüşvət verilməsi ilə bağlı işlə əlaqədar Kiyevdə “Batkivşina” Partiyasının ofisində axtarışlar aparıb. Timoşenko müvafiq ittihamla 5 ildən 10 ilə qədər həbs oluna bilər. Ukrayna Korrupsiyaya qarşı Mübarizə Bürosu tərəfindən dərc edilmiş səsyazılarına görə, “Batkivşina” sədri deputatlara səsvermələrdə fraksiyasının lehinə səs vermələri üçün 10 000 dollar təklif edib.