BAKI, 26 may. TELEQRAF

Moldovanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması proseduruna başlanılıb.

Teleqraf xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, Kişinyov bununla belə qurumla iqtisadi əməkdaşlıqda qalmaq istəyir:

"Moldova rəsmi bildiriş göndərib və biz müvafiq prosedura başlamışıq. Bu proses bütöv bir il davam edəcək. Bununla yanaşı, Kişinyov tərəfindən MDB çərçivəsində iqtisadi əməkdaşlığı davam etdirmək istəyinə dair müraciət daxil olub".