BAKI, 26 may. TELEQRAF
ABŞ Dövlət Departamenti dövlət katibi Marko Rubionun Ermənistana səfərinin proqramını açıqlayıb.
Teleqraf xəbər verir ki, proqrama əsasən saat 15:30-da M.Rubionun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü nəzərdə tutulub.
Saat 16:00-da isə ABŞ dövlət katibi və Ermənistan XİN rəhbəri tərəfindən Anlaşma Memorandumunun imzalanması gözlənilir.