BAKI, 26 may. TELEQRAF

Azərbaycan və Çin arasında “Abşeron” yatağının tammiqyaslı işlənməsi layihəsi çərçivəsində mümkün əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Teleqraf Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, SOCAR-ın vitse-prezidenti Babək Hüseynov “China Offshore Oil Engineering Company” (COOEC) şirkətinin baş direktorunun müavini Vanq Vey ilə görüşüb.

Görüşdə iki şirkət arasında potensial tərəfdaşlıq imkanları nəzərdən keçirilib və əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.

Söhbət zamanı qonaqlara SOCAR-ın strateji hədəfləri, quruda və dənizdə həyata keçirdiyi enerji layihələri barədə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.