BAKI, 26 may. TELEQRAF

“Rusiya Ermənistanla Azərbaycan arasında ciddi qan tökülməsinin qarşısını almaq və mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün fəal şəkildə çalışıb və həmin anda lazımi həll yolu tapılıb”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

“Bütün bu hadisələrin şahidi və iştirakçısı kimi deyə bilərəm ki, prezidentimiz (Vladimir Putin) bütün bunların (münaqişənin) böyük fəlakətə çevrilmədən sovuşması üçün inanılmaz, misli görünməmiş səylər göstərib. Hamımız sülhməramlı qüvvələrin (Qarabağda) necə yerləşdirildiyini xatırlayırıq”, - o bildirib.