BAKI, 26 may. TELEQRAF

İspaniya La Liqası ölkənin son çempionatının ən yaxşı oyunçusu mükafatına namizədləri açıqlayıb.

Teleqraf xəbər verir ki, səsvermə La Liqa komandalarının kapitanları, azarkeşlər və mütəxəssislər tərəfindən aparılacaq.

Lamine Yamal (Barselona): 28 oyun, 16 qol, 11 məhsuldar ötürmə

Kilian Mbappe (Real Madrid): 31 oyun, 25 qol, 5 məhsuldar ötürmə

Vedat Muriki ("Malyorka"): 37 oyun, 23 qol, 1 məhsuldar ötürmə

Pablo Fornals ("Betis"): 37 oyun, 9 qol, 6 məhsuldar ötürmə

Nikolas Pepe (Vilyarreal): 36 oyun, 8 qol, 8 məhsuldar ötürmə