BAKI, 26 may. TELEQRAF

Kiyevdəki Prezident Administrasiyası və Ali Radaya zərbə endirməyin heç bir mənası yoxdur, çünki bu binalar real qərarverici mərkəzlər deyil.

Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədri Andrey Kartapolov bəyan edib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski sözügedən binalarda olmur:

"Zelenski orada görünmür, bunkerdə oturur. Administrasiyada isə cəmi iki mühafizəçi və beş xadimə var. Əslində, boş məkana bahalı sursatlar atmağın hansısa mənası varmı?”.