Rusiya rəsmiləri ilk dəfə olaraq İŞİD terror təşkilatının bombardman edilməsini amerikalı həmkarları ilə razılaşdırıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Pentaqon məlumat yayıb. Razılaşdırılmadan sonra Rusiya İŞİD-ə qanadlı raketlərdən və bombardmançı təyyarələrdən zərbələr endirir.

Məsələ ilə bağlı açıqlama verən Pentaqon nümayəndəsi Peter Kuk bildirib ki, Rusiya təyyarələri ilk dəfə olaraq İŞİD-in "paytaxtı" Rakka şəhərinin bombardman edilməsi ilə bağlı ABŞ tərəfini məlumatlandırıb.

Qeyd edək ki, oktabrın əvvəllərində iki ölkə arasında İŞİD-ə qarşı hücumlarda məlumatların qarşılıqlı mübadiləsi haqqında razılıq imzalanmışdı.

Samir