BAKI, 25 noyabr. TELEQRAF

ABŞ-nin neft hasilatı 20 noyabr tarixində rekord həddə - əvvəlki həftə ilə müqayisədə gündəlik 33 min barel artaraq 14,065 milyon barelə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.

Bir il əvvəl neft hasilatı gündə 13,814 milyon barel, son dörd həftə ərzində isə orta hesabla gündə 14,028 milyon barel təşkil edib.

Qeyd edək ki, noyabrın 10-da ABŞ Energetika Nazirliyi cari il üçün istehsal proqnozunu əvvəlki 13,87 milyon barel/günə qarşı 10.000 barel/gün artırıb. Energetika Nazirliyinin gözləntilərinə görə, ABŞ 2027-ci ildə gündə 14,3 milyon barel/günə istehsal edəcək. Əvvəlki proqnoz da gündəlik 14,3 milyon barel idi.