BAKI, 20 oktyabr. TELEQRAF

Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılmasını dəstəkləyirəm. Açığını desəm, Zelenski bu məsələdə elə də kömək etmir. Düşünürəm ki, o, müharibəni dayandırmaq istəmir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamasında bildirib.

Tramp hesab edir ki, Ukrayna sülh danışıqlarında Zelenskinin əvəzinə başqa nümayəndə ilə təmsil oluna bilər.

“Bəlkə də Zelenskinin danışıqları aparmaq üçün başqa birini göndərməsinin vaxtı çatıb. Zelenski mənə qulaq assaydı, daha yaxşı razılaşma əldə edərdi və bu gün bir milyon insanı itirməzdi. Mən insanların ölməsini istəmirəm”, – deyə ABŞ Prezidenti vurğulayıb.