BAKI, 19 oktyabr. TELEQRAF

İtaliyada bahalaşmaya qarşı etiraz aksiyaları davam edir.

Teleqraf xəbər verir ki, ölkənin şimalında minlərlə tələbə aşağı əməkhaqqına, yüksək vergilərə, ərzaq və yanacağın bahalaşmasına, eləcə də dövlət maliyyələşməsinin azaldılmasına etirazlarını bildiriblər.

Bəzi bölgələrdə fermerlər magistral yolları bağlayıblar.

Onlar İranda müharibə səbəbindən artan yanacaq qiymətlərinə etiraz edirlər. Blokadalar nəticəsində supermarketlərdə və yanacaqdoldurma məntəqələrində məhsul qıtlığı yaranıb.

Ən böyük aksiya Milanda keçirilib. Polisin məlumatına görə, burada təxminən 2 min nəfər toplaşıb. Bolonya, Turin, Breşiya, Berqamo və digər şəhərlərdə də yürüşlər təşkil olunub.

Aksiyaların bir qismi iğtişaşlara çevrilib. Maskalı şəxslər mağazaları talan edib, yanğınlar törədib və polisə müxtəlif əşyalar atıblar. Hüquq-mühafizə orqanları isə su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

40 nəfərə yaxın etirazçı saxlanılıb.