BAKI, 10 oktyabr. TELEQRAF
Cənubi Koreyanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Pak Ki Çhan Kiyevi tərk edərək ölkəsinə qayıdıb.
Teleqraf "Yonhap" agentliyinə istinadla xəbər verir ki, bunu Cənubi Koreya Xarici İşlər Nazirliyi təsdiqləyib.
Rəsmi Seul bəyan edib ki, yaranmış problemlərin konstruktiv həlli üçün Ukrayna tərəfi ilə məsləhətləşmələri davam etdirməyə hazırdır.
Qeyd edək ki, bu addım Cənubi Koreya diplomatiya tarixində ciddi hadisə hesab olunur. Seul sonuncu dəfə başqa bir ölkədəki səfirini etiraz əlaməti olaraq 2008-ci ildə Yaponiya ilə yaşanan Tokto adaları ətrafındakı ərazi mübahisəsi zamanı geri çağırmışdı.