BAKI, 9 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, Rusiya dərhal ABŞ və dünya bazarına 300 min tondan çox dizel yanacağı tədarük edəcək. Noyabr ayı ərzində əlavə 500 min ton, bundan dərhal sonra isə daha 1 milyon ton yanacaq göndəriləcək.

ABŞ Prezidenti qeyd edib ki, Rusiyanın neft emalı zavodlarının vəziyyətindən asılı olaraq, yaxın müddətdə əlavə 3 milyon ton dizel yanacağının da tədarükü nəzərdə tutulur.

"ABŞ-nin Hörmüz boğazına tam nəzarəti və Rusiyanın enerji resursları ilə bağlı bu razılaşma amerikalılar, eləcə də dünya istehlakçıları üçün dizel yanacağının qiymətlərinin aşağı düşməsinə səbəb olacaq. Fermerlər və yük avtomobili sürücüləri üçün yanacağın qiymətinin rekord səviyyədə aşağı olması administrasiyasının əsas prioritetidir" , - Tramp qeyd edib.