BAKI, 10 oktyabr. TELEQRAF

Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra bildirib: "Əminəm ki, bu, bütün qlobal iqtisadiyyata müsbət təsir göstərəcək".

Putin və Tramp ötən gün qlobal enerji məsələlərini müzakirə ediblər. Moskva və Amerika qlobal bazarlara neft və neft məhsulları tədarük etməyə hazır olduqlarını təsdiqləyiblər.