BAKI, 10 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı İran ətrafındakı vəziyyəti müzakirə etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya liderinin oktyabrın 9-da baş tutan telefon danışığının yekunlarına dair bəyanatında qeyd olunub.
“ABŞ Prezidenti Donald Trampla oktyabrın 9-da keçirilən telefon danışığı zamanı Ukrayna böhranının nizamlanması perspektivlərinə xüsusi diqqət yetirilib. Həmçinin İran ətrafındakı vəziyyət və ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub”, – bəyanatda bildirilib.
Açıqlamadan məlum olur ki, liderlərin danışıqlarında əsas mövzulardan biri Ukrayna münaqişəsinin həlli imkanları olub.
İranla bağlı müzakirələrin konkret detalları və tərəflərin hansı razılıqlara gəldiyi barədə isə əlavə məlumat verilməyib.