BAKI, 9 oktyabr. TELEQRAF

Ukrayna nümayəndə heyəti oktyabrın 9-da ABŞ-də Prezident Donald Tramp administrasiyasının təmsilçiləri ilə danışıqlara başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə “RBK-Ukrayna” agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin rəhbəri Kirill Budanov, Ali Radanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, Prezident Ofisinin rəhbərinin birinci müavini Sergey Kislitsa və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov daxildir.

ABŞ tərəfini isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner təmsil edəcəklər.

Danışıqlarda diplomatik səylərin intensivləşdirilməsi, Ukraynadakı müharibənin başa çatdırılması yolları, eləcə də ABŞ, Rusiya və Ukrayna arasında mümkün üçtərəfli görüşün təşkili müzakirə olunacaq.

Mənbələrin məlumatına görə, üçtərəfli danışıqların oktyabrın ikinci yarısında keçirilməsi imkanları nəzərdən keçirilir.