BAKI, 9 oktyabr. TELEQRAF

Rusiya və ABŞ iqtisadiyyat sahəsində qarşılıqlı faydalı ola biləcək bir sıra birgə layihələri müzakirə edirlər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Moskva və Vaşinqton arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində danışıqlar aparılır.

“Hazırda iqtisadiyyat sahəsində hər iki tərəf üçün potensial olaraq qarşılıqlı faydalı ola biləcək bir sıra əməkdaşlıq layihələri müzakirə edilir”, – Peskov vurğulayıb.

Kremlin sözçüsü daha əvvəl də Rusiya və ABŞ nümayəndələrinin təmaslar zamanı energetika sahəsində mümkün əməkdaşlıq məsələlərini gündəmə gətirdiklərini bildirmişdi.