BAKI, 9 oktyabr. TELEQRAF

Almaniya Rusiya vətəndaşlarına viza verilməsinə tam qadağa tətbiq etməyi planlaşdırmır.

Teleqraf xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Avropa İttifaqının diplomatik dairələrindəki mənbəyə istinadən məlumat yayıb.

“Almaniyanın Rusiya vətəndaşlarına viza verilməsini tam qadağan etmək planı yoxdur”, – mənbə bildirib.

Bununla belə, Almaniya hakimiyyəti Rusiya vətəndaşlarının ölkəyə girişinə nəzarəti sərtləşdirmək niyyətindədir.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful daha əvvəl jurnalistlərə açıqlamasında rusiyalıların ölkəyə girişində yoxlamaların gücləndiriləcəyini bəyan edib.

Beləliklə, Berlin viza verilməsini tam dayandırmadan Rusiya vətəndaşlarının ölkəyə girişinə nəzarəti artırmağı nəzərdə tutur.