BAKI, 9 oktyabr. TELEQRAF
Hörmüz boğazında bir neçə neft tankeri dəniz minalarına düşərək partlayışlara səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Hörmüz boğazının cənub keçidində bir neçə güclü partlayış qeydə alınıb.
Agentliyin mənbələri iddia edirlər ki, partlayışlara boğazdan keçid qaydalarını pozan tankerlərin əraziyə yerləşdirilmiş dəniz minalarına toxunması səbəb olub.
Zərər görən tankerlərin dəqiq sayı, eləcə də hadisə nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat verilməyib.