BAKI, 9 oktyabr. TELEQRAF

İraqın şimalındakı Ərbil vilayətində İran hakimiyyətinə müxalif olan kürd qruplaşmalarına məxsus obyektlər iki pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, zərbələr Ərbil vilayətinin Rizqari bölgəsində yerləşən obyektlərə endirilib.

Hücum nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə hələlik məlumat verilməyib.

Telekanalın məlumatına görə, bu, ABŞ qoşunlarının bölgədən çıxarılmasından sonra Ərbilə edilən ilk hücumdur.

Hücumun kim tərəfindən həyata keçirildiyi açıqlanmayıb.