BAKI, 9 oktyabr. TELEQRAF

Bakı, Xankəndi, Lənkəran və Şamaxıda yaşıllıqların qanunsuz kəsilməsi nəticəsində təbiətə 32 950 manat məbləğində ziyan vurulub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı adıçəkilən şəhər və rayonlarda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb. Araşdırmalar zamanı qanunsuz kəsim halları Bakı şəhəri Nizami rayonunun Mehdi Abbasov küçəsində, Xankəndi şəhəri ərazisində, Lənkəran rayonunun Havzava və Şamaxı rayonunun Qaleybuğurd kəndlərində qeydə alınıb.

Qeyd edilib ki, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.