BAKI, 9 oktyabr. TELEQRAF

Azərbaycanın Latviyadakı yeni səfiri Nərminə Mustafayeva bu ölkənin xarici işlər naziri Baiba Braje ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Baiba Braje Azərbaycan, Türkiyə, Gürcüstan və digər ölkələrin yeni səfirləri ilə görüşüb.

Danışıqlar zamanı NATO və Avropa İttifaqının təhlükəsizliyi, eləcə də Ukraynaya dəstək məsələləri müzakirə edilib.

Qeyd edək ki, Nərminə Mustafayeva Prezident İlham Əliyevin avqustun 12-də imzaladığı sərəncamla bu vəzifəyə təyin olunub.